...

Xəstə sayının artması xəstəxanaların dolmasına və ölüm faktının çoxalmasına səbəb ola bilər - TƏBİB

Cəmiyyət Materials 12 İyun 2020 18:23 (UTC +04:00)
Xəstə sayının artması xəstəxanaların dolmasına və ölüm faktının çoxalmasına səbəb ola bilər - TƏBİB

Bakı. Asif Mehman - Trend:

Bir çox insan ailə üzvlərindən koronavirus olmasını gizlədir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, xəstə sayı artdıqca xəstəxanalarda yer tapmaqda çətinliklər ola bilər. Bu zaman xəstə olan şəxslər evdə müalicə olunacaqlar:

"Xəstə sayının artması xəstəxanaların dolmasına və ölüm sayının artmasına səbəb ola bilər. Ona görə də vətəndaşlarımız bu xəstəliyə ciddi yanaşmalı, lazımi qaydalara əməl etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti