...

Azərbaycanın əməkdar incəsənət xadimi Fərman Bağırov koronavirusdan dünyasını dəyişib

Cəmiyyət Materials 15 İyun 2020 21:43 (UTC +04:00)
Azərbaycanın əməkdar incəsənət xadimi Fərman Bağırov koronavirusdan dünyasını dəyişib

Bakı. Vüqar İmanov - Trend:

Məşhur azərbaycanlı fotomüxbir, "Tərəqqi" dövlət mükafatına layiq görülmüş əməkdar incəsənət xadimi Fərman Bağırov koronavirusdan dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat verib.

Bir neçə gün əvvəl, səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq mərhum əməkdar incəsənət xadimi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Fərman Bağırovu xilas etmək mümkün olmayıb. O, 1936-cı ildə Bakıda anadan olub. Sonradan müəllimlik etdiyi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 55 ildən çox peşə fəaliyyətinə həsr edib, "Kommunist" və "Azərbaycan" qəzetlərinin redaksiyalarında işləyib.

Allah rəhmət eləsin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti