...

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər (FOTO)

Cəmiyyət Materials 17 İyun 2020 12:43 (UTC +04:00)
Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər (FOTO)

Bakı. Trend:

Hər il böyük rus şairi Aleksandr Puşkinin doğum günü - 6 iyun dünyada Beynəlxalq Rus Dili Günü kimi qeyd olunur.

Bu münasibətlə Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası və Altair Akademiyası birgə vebinar keçiriblər. Qazaxıstan, Azərbaycan, Rusiya, Türkiyə və Qırğızıstandan olan alim-mütəxəssislərin və müəllimlərin iştirak etdiyi beynəlxalq onlayn tədbirə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Murad Alxaslı və Elmir Alxaslı qatılıblar. Şagirdlər A.Puşkinin şeirlərini rus dilində əzbər səsləndiriblər.

Beynəlxalq elmi tədbirin təşkilatçıları azərbaycanlı şagirdləri təşəkkürnamələrlə təltif ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti