...

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Cəmiyyət Materials 18 İyun 2020 23:20 (UTC +04:00)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 100 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 403 499 test aparılıb. Aktiv xəstə sayı 4 998 nəfərdir, onlardan 157 nəfər reanimasiyadadır, 30 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti