...

Şagirdlərin monitorinqi “Virtual məktəb” portalı vasitəsilə aparılacaq

Cəmiyyət Materials 20 İyun 2020 14:44 (UTC +04:00)
Şagirdlərin biliklərinin monitorinqi məqsədilə yeni testlər "Virtual məktəb"də “Virtual məktəb” portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub.
Şagirdlərin monitorinqi “Virtual məktəb” portalı vasitəsilə aparılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Şagirdlərin biliklərinin monitorinqi "Virtual məktəb"də aparılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq məqsədi ilə “Virtual məktəb” portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub.

Məqsəd şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının monitorinqinin aparılmasıdır.

Test tapşırıqları 20 iyun tarixindən etibarən 14 gün müddətində aktiv olacaq. Test tapşırıqlarını yerinə yetirmək üçün portalda “Teams > General” bölməsində müvafiq olaraq “Testlər” altbölməsinə daxil olmaq lazımdır.

Monitorinqdə iştirak şagirdlərə tədris ili ərzində öyrəndiklərini yoxlamaq, müəllimlərə isə növbəti il üçün zəruri tədbirlər hazırlamaq imkanı verəcək:

"Monitorinqdə daha çox şagirdin iştirakı daha aydın mənzərənin alınması deməkdir. Bu səbəbdən bütün maraqlı tərəflərin (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri) prosesə ciddi yanaşacağına ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti