...

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib

Cəmiyyət Materials 30 İyun 2020 12:12 (UTC +04:00)
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans  keçirilib

Bakı. Trend:

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl Rayon İcra Hakimiyyəti, Göygöl rayon Gənclər və İdman idarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşlarının və fəal gənclərin iştirakı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda hüquqi-maarifləndirici videokonfrans keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus pandemiyası ailədaxili münaqişələrin, gender əsaslı məişət zorakılığı hallarının da artmasına səbəb olub. O, ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə Azərbaycan Ombudsman təsisatının geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiyini, hər il bu mövzuda müxtəlif kateqoriyadan olan insanların iştirakı ilə mərkəzi və yerli dövlət qurumları ilə birgə tədbirlərin təşkil edildiyini, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürüldüyünü, 25 noyabr-10 dekabr tarixləri arasında 16 gün ərzində davam edən gender əsaslı zorakılıqla mübarizə kampaniyası zamanı ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin həyata keçirildiyini bildirib. S.Abbasov, həmçinin Ombudsman təsisatı tərəfindən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin Gənclər və İdman idarələri ilə birgə müntəzəm icrası nəticəsində gənclərin hüquqi biliklərinin, eləcə də gender bərabərliyi barədə məlumatlılığının artdığını diqqətə çatdırıb.

Videokonfransda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin əhalinin cins tərkibində balansın saxlanılması, gender bərabərliyinin təmin edilməsində mühüm rol oynadığı, bu istiqamətdə Ombudsman təsisatının da geniş maarifləndirmə işləri həyata keçirdiyi vurğulanıb. Eyni zamanda, iştirakçılara “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları barədə ətraflı məlumat verilib.

Göygöl Rayon İcra Hakimiyyətinin, Göygöl rayon Gənclər və İdman idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları da videokonfransda çıxış edərək, gender əsaslı zorakılıqla mübarizədə Azərbaycan dövləti tərəfindən həyata keçirilən institusional tədbirlər, uğurlu dövlət gənclər siyasəti barədə fikirlərini bildiriblər.

Müzakirə formasında davam edən videokonfransda iştirakçılar bir sıra təkliflər irəli sürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti