...

Nikahdan kənar doğulan uşaqların sayı artıb

Cəmiyyət Materials 3 İyul 2020 14:23 (UTC +04:00)
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb.
Nikahdan kənar doğulan uşaqların sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb.

Trend-in məlumatına görə, ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 21453 uşaq dünyaya gətirilib. Bu rəqəm 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.

Son 6 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin il qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib.

2019-cu ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı ölkədə bütün diri doğulan uşaqların 15,2 faizini təşkil edib.

Qeyri-rəsmi nikahdan uşaqlar daha çox kənd yerlərində doğulub.

2013-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 10 892 nəfəri şəhər, 14 177 nəfəri kənd, 2014-cü ildə 9772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.

2018-ci ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7509, kənd yerlərində 13 207 uşaq, 2019-cu ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7790, kənd yerlərində 13 663 uşaq dünyaya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti