...

Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür (VİDEO)

Cəmiyyət Materials 2 İyul 2020 10:18 (UTC +04:00)
Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasının 102-ci ildönümüdür.
Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasının 102-ci ildönümüdür.

Azərbaycan polisi ictimai asayişin qorunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərir. Torpaqlarımızın müdafiəsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər istiqamətlərdə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirən Azərbaycan polisi yorulmadan vətəndaşların keşiyində, dövlətin və dövlətçiliyin qorunmasında xüsusi rol oynayır.

Dünyada pandemiya halını alan COVİD-19 virusunun Azərbaycanda yayılmasının qarşısını almaq üçün Azərbaycan polisi daim xidmət aparır, əhalinin bu təhlükəli virusdan qorunması üçün əlindən gələni edir. Polis adını daşıyaraq vətəndaşları qoruyan, onların təhlükəsizliyini təmin edən və onlara xidmət göstərən bir peşə sahibi olmaq qürurvericidir. Daxili işlər orqanları sıralarında çalışanları Polis Günü münasibətilə təbrik edir, onlara dövlətimiz və millətimiz üçün önəmli işlərində nailiyyətlər arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti