...

QHT sədri: Azərbaycan polisi dövlətin milli maraqlarının müdafiəsində həmişə nümunəvi davranışı ilə seçilib

Cəmiyyət Materials 2 İyul 2020 16:25 (UTC +04:00)
QHT sədri: Azərbaycan polisi  dövlətin milli maraqlarının müdafiəsində həmişə nümunəvi davranışı ilə seçilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edən Azərbaycan polisi bu gün dövlətçiliyin əsas sütunlarından birinə çevrilib, onun ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasında, hüquq pozuntularının qarşısının alınmasında böyük xidmətləri var.

Bunu Trend-ə “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.

Onun sözlərinə görə, Azərbaycan polisi dövlətin milli maraqlarının müdafiəsində, asayişin qorunmasında, vətəndaşların təhlükəsiz şəraitdə rahat yaşamalarının təminatında, cinayətkarlıqla mübarizədə, işğalda olan Dağlıq Qarabağ və ətraf rayonlarımızın müdafiəsi uğurunda gedən döyüşlərdə həmişə nümunəvi davranışı ilə seçilib.

Ulu öndər Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı Fərmana əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının yaradıldığı günün - 2 iyul Azərbaycan Polisi Günü elan edildiyini xatıraladan QHT sədri vurğulayıb ki, əslində hər gün təbrik olunmaq polisin haqqıdır:

"102 illik tarixi yolu şərəflə keçən polis Azərbaycan dövlətinin rifahı naminə yorulmadan ölkəsinə, vətəndaşına xidmət göstərir. Polisin vərandaşlara qarşı layiqli davranışı, sağlam cəmiyyətin formalaşması naminə vəzifəsini sadəqətlə icra etməsi hər addımda qarşılaşdığımız sübuta ehtiyacı olmayan aksiomadır. Bu gün Azərbaycan xalqı öz polisinə tam güvənir".

M.Əmirhüseynova bildirib ki, polis sisteminin akademik səviyyədə inkişafına Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təhsil bazası böyük təkan verir:

"Akademiyada kursantların bütöv bir şəxsiyyət kimi formalaşmasından başlayaraq, savadlı kadr kimi yetişmələri üçün müasir standartlar tətbiq edilir. Orada təhsil alan gənc sabah polis kimi xidmətə başlayanda dolğun bilikləri, nizamlı davranışı, dövlətinə səadaqəti, vətəndaşlara hörməti, diqqəti, qayğısı, sənətinə sevgisi ilə xüsusən seçilir".

2 iyul tarixinin təkcə polis işçilərinin deyil, cəmiyyətin hər bir üzvünün də fəxrlə qeyd etməli bir gün olduğunu deyən QHT sədri pandemiya dövründə vətandaşların sağlamlıqları naminə polislərin gecəni-gündüzə qataraq məsuliyyətlə xidmət göstərdiklərini diqqətə çatdırdı:

"Uzun illərdir ölkədə kriminogen durum sabitdir. Daxildə təxribat törətmək istəyənlər polisin müdaxiləsi ilə dərhal zərərsizləşdirilir. Respublikada ictimai asayişin qorunması, qanunların icrasındakı pozuntulara yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatına nail olunması ölkəmizin uğurudur. Bütün bunlarda Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu var. Karantin rejimində isə polisin üzərinə daha ağr məsuliyyət düşdü. Həm qayda pozuntularının qarşısını almaq, həm də dünyada tüğyan edən bəlanın ölkə ərazisində genişlənərək insanları amansız xəstəliyə yoluxdurması qarşısında sipər olmaq. Bu dövrdə polis insanların xilası naminə özünü fəda etdi - desək, yanılmarıq. Tibb işçiləri ilə yanaşı polislərin də qəhrəmanlar kimi təqdim olunması cəmiyyətin onlara göstərdiyi adekvat münasibətin göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti