...

Masallıda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib (FOTO)

Cəmiyyət Materials 8 İyul 2020 10:36 (UTC +04:00)
Masallıda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib (FOTO)

Bakı. Trend

Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

Onlardan 3 nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti