...

Rusiyalı həkim Aleksandr Averyanov: İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz

Cəmiyyət Materials 11 İyul 2020 12:39 (UTC +04:00)
Rusiyalı həkim Aleksandr Averyanov: İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz

Bakı. Trend:

İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz.

Trend-in məlumatına görə, bunu rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Hədəf” verilişində deyib.

O bildirib ki, iri şəhərin əhalisini tam təcrid etmək də mümkün deyil:

"Rusiyada hansı səviyyədə təcrid və ya karantin rejiminin tətbiq olunması barədə qərar lokal vəziyyətdən asılı olaraq qəbul edilir. Məsələn, Mordoviya Respublikasının rəhbərinin dəvəti ilə bölgəyə səfər etmişdim. Orada kifayət qədər sərt məhdudiyyət tədbirləri tətbiq olunmuşdu. Bunun sayəsində sürətlə yayılan pandemiya dalğasının qarşısını almaq mümkün oldu. Bir neçə ölkə istisna olmaqla bütün dünya bu tədbirləri tətbiq edir. Bu da onunla əlaqədardır ki, iri şəhərin əhalisinin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirə bilməyəcək".

A.Averyanov vurğulayıb ki, bütün səylər pandemiyanın yayılmasının sürətini azaltmağa yönəlib:

"Ona görə hesab edirəm ki, ölkələrimizdəki vəziyyət bu baxımdan oxşardır. Tədbirlər görülür və bu tədbirlər zəruridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti