...

UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir

Cəmiyyət Materials 11 İyul 2020 12:05 (UTC +04:00)
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir

Bakı. Trend:

UNEC-də 2020/2021-ci tədris ili üçün təhsilin bütün pillələri üzrə əcnəbilərin sənəd qəbulu davam edir.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-də əcnəbi vətəndaşlar üçün bakalavr dərəcəsi üzrə 22 ixtisas, magistratura dərəcəsi üzrə 56 ixtisaslaşma, MBA proqramı üzrə isə 20 ixtisaslaşmaya, eləcə də doktoranturaya qəbul həyata keçirilir. Əcnəbilər üçün hazırlıq kursları da təşkil olunur.

Tələbələrin seçimindən asılı olaraq, tədris azərbaycan, ingilis, türk və rus dillərində aparılır.
Əcnəbilərin sənəd qəbulu elektron formada həyata keçirilir. Qaydalara əsasən, əcnəbilər tədris pilləsi, ixtisas və tədris dili üzrə seçimini edərək, tələb olunan sənədləri elektron formada təqdim edirlər. Müvafiq tələblərə cavab verən namizədlər UNEC-də təhsil almaq hüququ qazanırlar.

Sənəd qəbulu 31 avqust 2020-ci ilədək davam edəcək.

Ətraflı məlumatı: http://unec.edu.az/idareetme/international-students/
Əlaqə: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti