...

Nazirlik: Hazırda Azərbacanda 300 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır

Cəmiyyət Materials 13 İyul 2020 13:22 (UTC +04:00)
Nazirlik: Hazırda Azərbacanda 300 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır

Bakı.İlhamə İsabalayeva -Trend:

Hazırda Azərbacanda 300 mindən artıq ölkə vətəndaşı ünvanlı sosial yardımdan faydalanır.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.

Onun sözlərinə görə, sosial proqramların əhatəli olması çox vacibdir. Bu məsələnin Prezident İlham Əliyev tərəfindən də xüsusi vurğulandığını deyən A.Kərimov qeyd edib ki, ölkə başçısının tapşırığı ilə son aylar ərzində həssas təbəqənin nümyəndələrinin gəlir səviyysinin artırılması üçün əlavə addımlar atıldı: “Belə ki, iliin əvvəlində ünvanlı sosial yardım alan ailələrin sayı 70 min idisə, son dörvdə bu ailələrin sayı 15 min artırılıb. Hazırda 300 mindən artıq ölkə vətəndaşı ünvanlı sosial yardımdan faydalanır. Bu, o deməkdir ki, orta hesabla hər ailəyə 225 manat manat ödənilir.

“Vacib məsələlərdən biri o idi ki, pandemiya dövründə ünvanlı sosial yardım almaq üçün təyin edilmiş müddəti bitən ailələr bu vaxtın uzadılması üçün əlavə müraciət etməli deyidilər. Onların həm sosial yardım müddəti uzadıldı, həm də yardımın əhatə dairəsi genişləndirildi”.

"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti