...

Bu rayonlara leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 15 İyul 2020 17:23 (UTC +04:00)
Bu rayonlara leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən, Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Xidmətdən Trend-ə bildirilib ki, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.
Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti