...

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 0,2 faiz artıb

Cəmiyyət Materials 20 İyul 2020 09:54 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 22745 nəfər və ya 0,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2020-ci il iyun ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10089853 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti