...

“Hədəf”də kibertəhlükəsizlik mövzusu müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 20 İyul 2020 16:07 (UTC +04:00)
“Hədəf”də kibertəhlükəsizlik mövzusu müzakirə olunub (FOTO)

Bakı. Trend:

İyulun 14-də AzTV-nin “Hədəf” proqramında kibertəhlükəsizlik, informasiya resurslarının qorunması, haker hücumları ilə bağlı mövzu müzakirə olunub.

Trend-in məlumatına görə, verilişin qonaqları-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu kibertəhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi kimi dəyərləndiriblər.Müsahiblər ön cəbhədəki mövcud gərginlik fonunda bu məsələnin çox aktual olduğunu xüsusi vurğulayıblar.

Skype bağlantısı ilə efirə qoşulan Day.az saytının baş redaktoru Emin Əliyev də informasiya cəbhəsində aparılan mübarizənin ən mühüm nüanslarından, konkret olaraq bu saytın erməni hakerlərinin hücumuna məruz qalması və görülən operativ tədbirlərdən danışıb.

Verilişi tam şəkildə “Youtube” kanalımızdan https://www.youtube.com/watch?v=1t3kt74SwPg izləyə bilərsiniz .

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

Məqalədə:
Xəbər lenti

Xəbər lenti