...

“Qazax Sement Zavodu” MMC koronavirusla mübarizə üçün 50 ədəd süni nəfəs aparatının Respublikaya gətirilməsini həyata keçirir

Cəmiyyət Materials 22 İyul 2020 14:05 (UTC +04:00)
“Qazax Sement Zavodu” MMC koronavirusla mübarizə üçün 50 ədəd süni nəfəs aparatının Respublikaya gətirilməsini həyata keçirir

Bakı. Trend:

“Qazax Sement Zavodu” MMC koronavirusla mübarizə üçün 50 ədəd süni nəfəs aparatının Respublikaya gətirilməsini həyata keçirir.

Dövlət tərəfindən Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərə “Qazax Sement Zavodu” MMC tərəfindən də lazımi dəstək göstərməkdədir.

Respublikada ağır koronavirus xəstələrinin müalicəsinə dəstək göstərilməsi məqsədi ilə Zavodla Türkiyənin “Meyda Medikal İnşaat Bilişim ve İşletmecilik Sanayi Ticaret A.Ş. arasında müqavilə imzalanmışdr. Bağlanmış müqaviləyə uyğun olaraq Zavod hesabına Almaniyadan, AXcent Medical şirkətinin istehsalı olan 50 ədəd müasir Lyra x2 süni nəfəs aparatının Respublikaya gətirilməsi və TƏBİB-ə təhvil verilməsi nəzərdə tutulur. Bu avadanlıqların təmini üçün zavod tərəfindən mart ayında 1.9 mln avro ödənilmişdir. Hazırda aparatların 13 ədədi Respublikaya gətirilmiş və zavod tərəfindən TƏBİB-ə təhvil verilmişdir. Avqust ayının ortalarında qalan 37 nəfəs aparatının koronavirusla mübarizəyə dəstək üçün TƏBİB-ə təhvil verilməsi nəzərdə tutulur.

Dövlət tərəfindən Respublikda bu istiqamətində həyata keçiriləcək tədbirlərə zavod tərəfindən maksimum dəstək göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti