...

Milli Məclisin sədri Sahibə Qafarova peşə bayramı münasibətilə jurnalistləri təbrik edib

Cəmiyyət Materials 22 İyul 2020 16:00 (UTC +04:00)
Milli Məclisin sədri Sahibə Qafarova peşə bayramı münasibətilə jurnalistləri təbrik edib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova öz "Facebook" səhifəsində jurnalistləri peşə bayramı münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Əsası Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan, daha sonra görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar vasitəsilə təşəkkül dövrünü yaşayan Azərbaycan milli mətbuatı bu gün 145 yaşını qeyd edir. Bu əlamətdar gün münasibəti ilə peşəkar jurnalistləri və mətbuat nümayəndələrini təbrik edirəm!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti