...

Azərbaycandakı COVID-19 xəstələrinin müalicəsi necə gedir? – BŞBSİ-nin rəisi bütün suallara “Hədəf”də cavab verib

Cəmiyyət Materials 24 İyul 2020 00:29 (UTC +04:00)
Azərbaycandakı COVID-19 xəstələrinin müalicəsi necə gedir? – BŞBSİ-nin rəisi bütün suallara “Hədəf”də cavab verib

Bakı. Trend:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında koronavirusa qarşı Azərbaycan dövlətinin atdığı addımlar, mövcud vəziyyət, əldə olunan nəticələr, xəstəliyin müalicəsi məsələləri müzakirə olunub.

Trend-in məlumatına görə,verilişin qonağı olan Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) rəisi Nelli Veysova COVID-19-la bağlı bütün məsələlərə aydınlıq gətirib.

Koronavirus xəstələrinin evdə müalicəsi məsələsindən danışan N.Veysova deyib ki, evdə yüngül simptomlu və ya simptomsuz xəstələr müalicə edilir. O, qeyd edib ki, evdə müalicədə müsbət nəticələr əldə olunmaqdadır. İdarə rəisi söyləyib ki, evdə müalicə tətbiq ediləndən bu yana təcili tibbi yardıma müraciətlərin sayı azalıb. Bununla yanaşı, N.Veysova deyib ki, ağır simptomlu xəstələrin xəstəxanalara müraciət etməsi mütləqdir: “Xəstələr elə bilməsinlər ki, stasionar tibb müəssisəsində edilməli olan müalicəni evdə etmək olar”. BŞBSİ-nin rəisi koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanalar barədə də ətraflı məlumat verib.

“Hədəf”in tam versiyasına “YouTube” kanalımızdan https://www.youtube.com/watch?v=ENe2DIEi1EE baxa bilərsiniz.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Xəbər lenti

Xəbər lenti