Bakı. Asif Mehman - Trend:
İndiki halda bizim üçün vacib olan vətəndaşlarımızın rahatlığıdır. Bakıətrafı kənd və qəsəbələrə əlavə olaraq 5 ekspres xətt təşkil olunacaq.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, ekspres xətlərin təşkili sərnişin sıxlığının qarşısının alınması üçün önəmlidir: "Yeni ekspres xətlərin təşkilində məqsəd Bakıətrafı ərazilərdə sərnişin sıxlığının qarşısını almaq məqsədi daşıyır.
Xüsusən də çimərliklərə icazələrin verilməsi Bakıətrafı ərazilərə gediş-gəlişi artırır. Bütün vətəndaşlarımızın ictimai nəqliyyata əlçatımlılığı təmin olunur. Sərnişlər, həmçinin iritutumlu avtobuslarla təmin ediləcək".
Təşkil olunacaq ekspres xətlər və istiqamətləri aşağıdakı kimidir:
1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.
2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st
3. M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st
4. M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st
5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.