...

Şəki və Siyəzən siyahıdan çıxarıldı, Salyanda isə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur

Cəmiyyət Materials 5 Avqust 2020 06:01 (UTC +04:00)
Şəki və Siyəzən siyahıdan çıxarıldı, Salyanda isə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur

Bakı. Asif Mehman - Trend:

Bu gündən Salyan rayonunda da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında davam edəcək.

Qeyd edək ki, avqustun 5-dən etibarən Şəki və Siyəzən rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti