Bakı. İlhamə İsabalayeva - Trend:
Koronavirus xəstələrinin müalicəsi üçün xəstəxanalarda əlavə çarpayıların ayrılması hesabına biz yerlərlə bağlı ehtiyatlarımızın hamısını istifadə etməmişik.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.
Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüsək qiymətləndirildiyini deyən R.Bayramlı bildirib ki, COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayı 46-ya çatdırılıb. Onların arasında hər biri 200 çarpayı olmaqla, 10 modul tipli xəstəxana var.