...

Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Cəmiyyət Materials 6 Avqust 2020 12:11 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan hökuməti arasında səhiyyə sahəsində yardeım edilməsinə dair iyunun 6-da imzalanan memoranduma uyğun olaraq, ölkəmizə növbəti tibbi ləvazimat partiyası göndəriləcək.
Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyədən Azərbaycana növbəti tibbi ləvazimat partiyası göndəriləcək.

Bu barədə Trend "Resmi Gazete"yə istinadən xəbər verir.

Məlumata görə, tibbi ləvazimatlar ölkəmizə Azərbaycan hökuməti ilə səhiyyə sahəsində yardım edilməsinə dair iyunun 6-da imzalanan memoranduma uyğun olaraq gətiriləcək.

Türkiyədən Azərbaycana 30 ədəd süni tənəffüs aparatı, 35.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti