...

Cəlilabadda bələdiyyə və meşəlik ərazilərdə baş verən yanğın söndürülüb

Cəmiyyət Materials 6 Avqust 2020 17:38 (UTC +04:00)
Cəlilabadda bələdiyyə və meşəlik ərazilərdə baş verən yanğın söndürülüb

Bakı. İlhamə İsabalayeva – Trend:

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığındakı bələdiyyə torpağında baş verən, sonradan yaxınlıqdakı meşəlik əraziyə keçən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb.

ETSN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 2,5 hektar ərazidə böyürtkən, qaratikan kolları və quru ot örtüyü yanıb.

Nazirlik havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti