...

Kestutis Yankauskas: Dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə etməliyik, məsafə saxlamalıyıq (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2020 10:06 (UTC +04:00)
Kestutis Yankauskas: Dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə etməliyik, məsafə saxlamalıyıq (FOTO)

Bakı. Asif Mehman - Trend:

Dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə etməliyik, məsafə saxlamalıyıq.

Trend-in məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Buzovna çimərliyinin tullantılardan təmizlənməsi prosesində iştirak edərkən deyib.

“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı nümayəndəlikləri olaraq biz bura toplaşmışıq.

Əsas məqsəd odur ki, dəniz sahilində olan tullantıları təmizləyək. Biz bütün ictimaiyyətə çağırış edirik ki, dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə edək, məsasə saxlayaq. Özümüzlə gətirdiklərimizi dənizə, sahilə atmayaq.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. Ətraf mühitin qorunması bizim üçün vacib məslələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti