...

Natiq Yəhyayev: "Virtual məktəb" layihəsi yalnız pandemiya dövrü deyil, ənənəvi tədris prosesinin bərpa olunmasından sonra da davam etdiriləcək

Cəmiyyət Materials 14 Avqust 2020 10:01 (UTC +04:00)

Bakı. Trend:

"Virtual məktəb" layihəsi yalnız pandemiya dövrü deyil, ənənəvi tədris prosesinin bərpa olunmasından sonra da davam etdiriləcək.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkətinin direktoru Natiq Yəhyayev deyib.

"Artıq bir neçə aydır ki bütün dünya pandemiya səbəbindən çətin bir dövr yaşayır və Azərbaycan, əlbəttə ki, istisna deyil. Ölkədə karantin rejimi elan edilməsi ilə əlaqədar təcili olaraq yeni bir təhsil modelinin tətbiqi lazım idi. Ən qısa müddətdə, 2020-ci ilin aprel ayının 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Microsoft və AzEduNet-in dəstəyi ilə Virtual Məktəb layihəsinə start verildi”- deyə N.Yəhyayev vurğuladı.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan televiziya dərslərinin interaktivliyini təmin etmək və distant təhsil imkanlarını genişləndirməkdir.

"Distant təhsil bütün dünyada istifadə olunur. Yaradılmış bu platforma tələbə və müəllimlərə dəstək olmaq üçün əlavə bir mexanizm olaraq təqdim edildi. Təhsil Nazirliyinin resurslarından istifadə edərək bu platforma həm də tələbələrə yeni biliklər əldə etmək imkanı verir. Beləliklə, “Virtual Məktəb” layihəsi çərçivəsində AzEduNet şirkəti yüz minlərlə tələbə və müəllimə texniki dəstək verir, həmçinin Microsoft Office 365-də qeydiyyat prosesini həyata keçirir.

Natiq Yəhyayev bunun AzEduNet şirkətinin təhsil sahəsinə verdiyi ilk töhfəsi olmadığını xatırlatdı: “Bundan əlavə, biz “Virtual Məktəb” portalında qeydiyyatdan keçmiş 10 000 müəllimin mobil nömrəsinin balansına 10 manat dəyərində 5 GB mobil İnternet paketini yüklədik. Əminik ki, təhsil sisteminə bu töhfə və dəstəyimiz müsbət nəticələr verəcək”
Öncə də qeyd olunduğu kimi, müasir dünyada distant təhsil geniş inkişaf edəcək.

"Əslində, distant təhsil onun ənənəvi metodundan fərqli olmamalıdır. Hər bir şagirdə fərdi yanaşma çox vacibdir. Dərsin düzgün yanaşması və təşkili tələbələrin onlayn dərsə kifayət qədər cəlb olunmasını təmin edə bilər. Əlbəttə ki, bu işdə müəllimin peşəkarlığı mühüm rol oynayır. Anlayırıq ki, bunu onlayn mühitdə etmək etmək müəllim üçün çətindir.

Biz buna hazır olmalıyıq və düşünürəm ki, bu istiqamətdə müəllimlərin təlimlərə ehtiyacı var. Texniki baxımdan, distant dərsinin yüksək keyfiyyətli təşkili üçün keyfiyyətli və sabit İnternet lazımdır. ADSL texnologiyasının kifayət qədər böyük bir genişliyə (24mb/saniyə qədər) sahib olmasına baxmayaraq, təəssüf ki, mis telefon kabellərinin texniki baxışa ehtiyacı olduğundan, ölkəmizdə bu potensialdan tam istifadə etmək imkanı mövcud deyil.

Bakı, Sumqayıt və Abşeronda məktəbləri 8-10 mbs sürəti ilə internetlə təmin edə biləriksə, deyə bilərəm ki, hazırda rayonlarda bu rəqəmlər olduqca aşağıdır. Optik lifli bağlantı bütün problemləri həll edir və gələcəkdə böyük potensiala malikdir.. Bu günə qədər 300-dən çox məktəb fiber-optik kabel ilə birləşdirilmişdir. Ölkədə 4500-dən çox məktəbin olduğunu nəzərə alsaq, bu rəqəm hazırda aşağıdır".

Onun sözlərinə görə, bu gün informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkədəki təhsil sisteminə birbaşa müsbət təsir göstərir.

“Tədris prosesində müasir informasiya və telekommunikasiya texnologiyalarından istifadə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün perspektivlər açır. Təhsil prosesinin kompüterləşdirilməsi və informasiyalaşdirilməsi prosesi böyüməkdə olan nəslin şüurunda baş verən mühüm dəyişikliklərlə müşayiət olunur. Bu da gələcək nəsillərin müasir informasiya cəmiyyətinin ehtiyaclarına uyğunlaşması və formalaşmasına kömək edəcəkdir. Tələbələrin İKT sektorunun özü ilə maraqlanacaqları və bu sahədə gənc peşəkarların yetişməsinə səbəb olacağı istisna edilmir "

Məqalədə:
Xəbər lenti

Xəbər lenti