Bakı. Elçin Mehdiyev - Trend:
Təhsil bir neçə milyon insanın gün ərzində hərəkətini və ünsiyyətini təmin edir. Bu amil koronavirusa yoluxmaya təsir edən bir fakt kimi nəzərə alınmalıdır.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, hansısa formada tədris bərpa edilməlidir, lakin epidemioloji vəziyyət nəzərə alınacaq: “Biz pandemiya şəraitinə uyğun düzgün qərar verməliyik”