...

Məleykə Abbaszadə: Bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib

Cəmiyyət Materials 10 Sentyabr 2020 16:17 (UTC +04:00)
Məleykə Abbaszadə: Bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il V ixtisas qrupunda bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu dəyişiklik yalnız bu ilə aiddir: “Biz gözləyirik ki, bu il bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanı ləğv edildiyindən keçid balı 150-yə yaxın olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti