...

Bu il ərzində Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Cəmiyyət Materials 15 Sentyabr 2020 16:51 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu il ərzində Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 20611 nikah vә 8285 boşanma halları qeydә alınıb.

Əhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına görə, boşanmaların səbəbləri xasiyyətlərin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələrdir.

Daha çox boşanmalar isə xasiyyətlərinin uyğunsuzluğu səbəbindən baş verib.

2019-cu ildə 12 560 nikah xasiyyətlərinin tutmamasına, 793 nikah xəyanətə, 724 nikah uşaqlarının olmamasına, 709 nikah ailədaxili zorakılığa, 654 nikah maddi duruma, 605 nikah isə qısqanclığa, qalanları isə sərxoşluq və digər səbəblərə görə pozulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti