Bakı. Ceyhun Ələkbərov - Trend:
Bu günə kimi Biləsuvar rayonunda koronavirusa qarşı 5 974 nəfərdən test götürülüb.
Trend-in məlumatına görə, bunu Biləsuvar rayon İcra Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova deyib.
Onun sözlərinə görə, həmin şəxslər arasında 324 yoluxma faktı qeydə alınıb:
"Biləsuvar rayonunda koronavirusa yoluxanlardan 265 nəfəri sağalıb, 11 nəfər isə dünyasını dəyişib. Hazırda aktiv xəstə sayı 48 nəfərdir".