...

Bir həkim olaraq, belə bir çətin gündə Vətənə xidmət etməkdən qürur duyaram - Birlik sədri

Cəmiyyət Materials 28 Sentyabr 2020 17:23 (UTC +04:00)
Bir həkim olaraq, belə bir çətin gündə Vətənə xidmət etməkdən qürur duyaram - Birlik sədri

Bakı. İlhamə İsabalayeva – Trend:

Nəinki Azərbaycan Ordusunda, eləcə də bütün Azərbaycan xalqında yüksək döyüş əzmi var və hər kəs torpaqlarımızın erməni işğalından azad edilməsi üçün bacardığını etməyə hazırdır.

Bunu Trend-ə "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, bir həkim olaraq, belə bir çətin gündə Vətənə xidmət etməkdən qürur duyar:

“Mən, eləcə də həkim dostlarım torpaqlarımızın erməni işğalından azad edilməsinə töhfə verməyə hazırıq. Bunun üçün nə lazımdırsa, etməyə hazırıq. Biz birlikdə güclüyük, ona görə də bu günlərdə vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan, Prezident İlham Əliyevin əsas güc mənbəyi olaraq, onun ətrafında birləşməlidir. Biz buna yalnız sözdə deyil, əməldə də riayət edilməsinin şahidi olduq. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşib və tam qələbənin yaxında olduğuna inanır. Artıq qələbənin ilk xəbərlərini almışıq və əminik ki, bu, davam edəcək, bütün torpaqlarımız işğaldan azad ediləcək”.

Bu gün hər bir Azərbaycan vətəndaşının Ordumuzun gücünə inandığını deyən Y.Abdiyeva əlavə edib ki, təcavüzkar Ermənistan Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri də hədəfə alır:

“Bu gün Ordumuz tərəfindən işğalçıya layiqli cavab verilir. Lakin çox təəssüf ki, mülki əhali arasında da itkilər var. Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Biz bir vətəndaş və həkim olaraq, bütün bu hadisələrin arxasında deyil, önündə dayanmaqla Vətənimizə xidmət etməkdən qürur duyarıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti