Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Azərbaycan Ordusuna dəstək aksiyasına qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 AZN məbləğində pul vəsaiti köçürüb.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozması ilə bağlı faktlar Azərbaycan Ombudsmanı tərəfindən davamlı olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılır, Ermənistanın qeyri-insani hərəkətlərinə son qoyulması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməsi tələb edilir.