...

Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 22 Oktyabr 2020 16:11 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Hər il olduğu kimi, bu il də ölkədə kəskin respirator virus infeksiyası xəstəliklərinin yayılmasında artım olacaq.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qaydaya uyğun olaraq, hər ilin 40-cı həftəsindən kəskin respirator virus infeksiyası xəstəliklərinin payız-qış mövsümünə start verilir: “Artıq 3-cü həftədir ki, bu mövsüm başlayıb. Son 5 illə müqayisədə qripə yoluxma sayında artım müşahidə olunmur”.

Nazirlik rəsmisi əlavə edib ki, COVİD-dən qorunma həm də digər respirator infeksiyalardan qorunmağa gətirib çıxarır.

Qripə qarşı vaksinlərin artıq Azərbaycana gətirildiyini deyən N.Mürsəlova qeyd edib ki, vaksinasiya könüllülük əsasında həyata keçirilir.

O, indiyədək vaksin edilən insanlar arasında hər hansı narahatlığın qeydə alınmadığını da nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti