...

Bərdədə erməni terroru nəticəsində ölən 7 yaşlı Aysu dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 28 Oktyabr 2020 11:50 (UTC +04:00)
Bərdədə erməni terroru nəticəsində ölən 7 yaşlı Aysu dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Bərdə. Samir Əli - Trend:

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərova Qarayusifli kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, dünən erməni terroru nəticəsində Bərdədə həlak olan Cəfərova Ofeliya, Əhmədova Aybəniz, İsmayılov Ehtiram da Qarayusifli kənd qəbiristanlığında dəfn edilib

XXX

11:21

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərova ilə vida mərasimi keçirilir.

Trend-in Bərdədə olan müxbirinin verdiyi məlumata görə, mərasim rayonun Qarayusifli kəndində, azyaşlının yaşadığı evdə keçirilir.

Xatırladaq ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində yaşayış evləri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Hadisə nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti