...

DİN vətəndaşları hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl etməyə çağırıb

Cəmiyyət Materials 10 Noyabr 2020 04:36 (UTC +04:00)
DİN vətəndaşları hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl etməyə çağırıb

Bakı. Trend:

Bu gün - noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi paytaxt Bakı ilə yanaşı, respublikamızda böyük sevinclə qarşılanıb. Xalqımıza göstərdikləri birliyə və böyük ehtirama görə minnətdarlığımızı bildiririk.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin müraciətində bildirilir.

Müraciətdə deyilir: "Xalqımıza göstərdikləri birliyə və böyük ehtirama görə minnətdarlığımızı bildiririk.

Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkəmizdə tətbiq edilən hərbi vəziyyət rejiminin və koronavirus infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq.

İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti