...

Qardaşımın qanı yerdə qalmadı - Şəhid bacısı (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2020 13:10 (UTC +04:00)
Qardaşımın qanı yerdə qalmadı - Şəhid bacısı (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəlmişəm şəhid qardaşıma gözaydınlığı verim.

Bunu Trend-ə çıqlamasında Şəhidlər Xiyabanında şəhid qardaşı Adil Qasımovu ziyarətə gələn Diləfruz Qasımova deyib.

O bildirib ki, qardaşı 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub: "Azərbaycan xalqının gözü aydın olsun, millətimin gözü aydın olsun. Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə ömrüm boyu borcluyam. Qardaşımın qanı yerdə qalmadı. İnşallah Allah qismət eləsə Laçından güllər toplayıb qardaşımın məzarı üstünə düzəcəyəm. Azərbaycan xalqı var olsun. Azərbaycan əsgərinin, Azərbaycanın Ali Baş Komandanı qarşısında baş əyirəm. Əhd eləmişdim, torpaqlarımız azad olunsun, qardaşımın məzarı üstündə Qarabağ Şikəstəsi oxuyacam və oxudum".

Xəbər lenti

Xəbər lenti