...

DİN növbəti dəfə vətəndaşlara müraciət edib

Cəmiyyət Materials 10 Noyabr 2020 16:52 (UTC +04:00)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) komendant saatı ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz həmvətənlər!
Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.
Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti