...

Mərkəzi Gömrük Hospitalında COVID-19 testinin nəticələri 12 saat ərzində verilir

Cəmiyyət Materials 12 Noyabr 2020 10:02 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında  COVID-19 testinin nəticələri 12 saat ərzində verilir

Bakı.Trend:

Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası vətəndaşlara yeni növ koronavirus (COVID-19) testində keçmək xidmətini göstərir. PZR testindən keçən vətəndaşlara testin nəticələri laboratoriya tərəfindən 12 saat ərzində verilir. Testi vermək üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsinə zəng vuraraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi təqdim etməklə hər gün saat 09.00-dan 12.00-a qədər testdən keçmək olar. Burundan və ağız boşluğundan yaxma götürülməklə test verənin COVİD-19 infeksiyası daşıyıb-daşımadığı müəyyən edilir.

PZR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Belə ki, bu faktorların PCR reaksiyasının dəqiqliyinə çox böyük təsiri olur. Eyni zamanda, PZR laboratoriyanın səyyar xidmətindən istifadə edərək Hospitala gəlmədən COVİD-19 testindən keçmək mümkündür. Belə ki, pasiyentin yaşadığı ev ünvanından yeni növ koronavirus testi üçün nümunə götürülür. PZR testin qiyməti 89 AZN təşkil edir. PZR Laboratoriya üçün testlər Dövlət Gömrük Komitəsi tərəfindən alınır. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 nümunə əldə etməyə imkan verir. Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti