...

Rusiya televziyası əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında veriliş hazırlayıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 20 Noyabr 2020 17:15 (UTC +04:00)
Rusiya televziyası əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında veriliş hazırlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

Rusiyanın “Rossiya-1” telekanalı əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında veriliş yayımlayıb.

Trend-in məlumatına görə, verilişdə M.Əsədovun qəhrəmanlığından bəhs olunub.

Qeyd edək ki, daha əvvəl kəşfiyyatçının həyatından, Böyük Vətən müharibəsi dövründəki qəhrəmanlıqlarından bəhs edən müharibədə qələbənin 75 illiyinə həsr olunan Azərbaycan,rus və ingilis dillərində “Azərbaycanlı kəşfiyyatçı və Tehran-43 konfransı” kitabı dərc olunmuşdu.

Azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun qəhrəmanlıq salnaməsi... (FOTO)

Azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun qəhrəmanlıq salnaməsi... (FOTO)

Kitabın müəllifləri “Alyans” Xüsusi xidmət orqanları veteranları İctimai birliyinin sədr müavini Azər Qarayev və Milli Məclisin deputatı Arzu Nağıyevdir.

Verilişdə, həmçinin kitabda yer alan arxiv sənədləri və tarixi faktlar əks olunub.

Verilişdə M.Əsədovun 1943-cü il noyabrın 28-də Stalin, Çerçill və Ruzveltin iştirakı ilə keçirilmiş Tehran konfransı ərəfəsində alman kəşfiyyatının planlaşdırdığı liderlərə sui-qəsd barədə məlumatı əldə etməsi ətraflı təsvir olunub.

Qeyd edək ki, bu uğurlu əməliyyata görə Məmmədhüseyn Əsədov iki ordenlə mükafatlandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti