...

Onun Vətən yolunda şəhid olmasından təskinlik tapıram - Şəhid babası (VİDEO)

Cəmiyyət Materials 7 Dekabr 2020 16:47 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bununla təskinlik tapıram ki, balam torpaq, Vətən yolunda şəhid olub. O, həm özünün, həm də mənim başımı uca edib.

Trend-in məlumatına görə, bunu şəhid Mənsur Əhmədovun babası Mamed Əhmədov deyib.

Onun sözlərinə görə, Mənsur hərbçi olmağı torpaqları işğaldan azad etmək üçün istəyirdi:

"Deyirdi ki, mən şəhid olsam, ağlamayın. Mən torpaq uğrunda gedirəm".

Laçının Çıraqlı kəndindən köçkün olan M.Əhmədov oktyabrın 21-də nəvəsinin nəşini Füzilidən gətirdiklərini deyir.

Şəhidin anası Səmayə Əhmədova bildirib ki, müharibə başlayandan ön cəbhədə olan Mansur çox vətənpərvər oğlan olub:

"Ürəyi götürmürdü ki, torpaqlarımız ermənilərdədir. Kaş, heç olmasa, Laçını görərdi...".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti