...

Antibiotik və digər preparatlardan nəzarətsiz istifadə faciəvi sonluqla bitə bilər - Xəbərdarlıq

Cəmiyyət Materials 8 Dekabr 2020 10:24 (UTC +04:00)
Antibiotik və digər preparatlardan nəzarətsiz istifadə faciəvi sonluqla bitə bilər - Xəbərdarlıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirusa yoluxan şəxslərin evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitamin preparatlarından, infuzion mayelərdən tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə olunması fəsadlara yol açaraq faciəvi sonluqla bitə bilər.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir. Bu, bir çoxlarında belə təəssurat yaradır ki, hər şey müvəqqəti və fəsadsız keçib gedəndir. Onlar həkimə müraciət etmədən və ya müxtəlif qeyri-peşəkar və ya ümumiyyətlə tibb təhsili olmayan və xəstəliyi yüngül keçirərək qurtulmuş şəxslərdən müxtəlif məsləhətlər, o cümlədən müalicəvi tövsiyyələr alaraq bunları icra edirlər:

"Təbii ki, bu tövsiyyələr xəstənin vəziyyətinə adekvat olmadığından bir çox hallarda ziyanlı olur. Ona görə də ən düzgün yol özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, yalnız həmin həkimlərdən aldığı lazımi və düzgün olan tövsiyyələri icra etməlidir. Belə şəxs birinci növbədə evdə özünü təcrid etməli, maska geyinməli, digər ailə üzvlərinin də maskadan istifadə etməsinə, evdaxili təmasların minimallaşdırılmasına, otaqların tez-tez havalandırılması və s. kimi qoruyucu tədbirlərin əməl olunmasına nail olmalıdır".

T.Eyvazovun sözlərinə görə, virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir. Bu bir çoxlarında belə təəssurat yaradır ki, hər şey müvəqqəti və fəsadsız keçib gedəndir:

"Onlar həkimə müraciət etmədən və ya müxtəlif qeyri-peşəkar və ya ümumiyyətlə tibb təhsili olmayan və xəstəliyi yüngül keçirərək qurtulmuş şəxslərdən müxtəlif məsləhətlər, o cümlədən müalicəvi tövsiyyələr alaraq bunları icra edirlər. Təbii ki, bu tövsiyyələr xəstənin vəziyyətinə adekvat olmadığından bir çox hallarda ziyanlı olur. Xüsusən də evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitamin preparatlarından, infuzion mayelərdən tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə olunması fəsadlara yol açaraq faciəvi sonluqla bitə bilər. Ona görə də ən düzgün yol özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, yalnız həmin həkimlərdən aldığı lazımi və düzgün olan tövsiyyələri icra etməlidir. Belə şəxs birinci növbədə evdə özünü təcrid etməli, maska geyinməli, digər ailə üzvlərinin də maskadan istifadə etməsinə, evdaxili təmasların minimallaşdırılmasına, otaqların tez-tez havalandırılması və s. kimi qoruyucu tədbirlərin əməl olunmasına nail olmalıdır".

Xəstə və COVID-19-a şübhəli hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət edə bilər sualına gəlincə mütəxəssis bildirib ki, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif suallar məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna bilər:

"Bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur. Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir. Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağrışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın geçikməsinə səbəb olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti