...

İcra başçısının müavini koronavirusdan vəfat edib

Cəmiyyət Materials 9 Dekabr 2020 10:34 (UTC +04:00)
İcra başçısının müavini koronavirusdan vəfat edib

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, Q.İsmayılovun iki həftə əvvəl verdiyi test pozitiv çıxıb, o xəstəxanada müalicə alırdı.

49 yaşlı İsmayılov Qurban Soltanəli oğlu daha əvvəl Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib.

2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı. 3 övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti