...

"Təzə bazar" belə olacaq (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2020 12:04 (UTC +04:00)
"Təzə bazar" belə olacaq (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur "Təzə bazar"ın rekonstruksiyadan sonrakı görüntüsü yayılıb.

Trend-in məlumatına görə, Səməd Vurğun küçəsində yerləşən bazar ötən ayın sonlarından sökülməyə başlayıb. Həmin ərazidə isə daha müasir və standartlara cavab verən yeni bazarın tikiləcəyi açıqlanıb.

Yeni bazarın görüntüsü də onu göstərir ki, "Təzə bazar"ın görünüşü əvvəlkindən xeyli fərqli olacaq.

Xatırladaq ki, "Təzə bazar" özəl şirkətə məxsus olduğundan orada icarəyə yer götürərək ticarətlə məşğul olan sahibkarlar şirkət tərəfindən 3 yerə köçürülüblər.

Sahibkarların bir hissəsi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”, bir hissəsi “Təzə bazar”la üzbəüz “AF Center”, bir hissəsi isə Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçəsi arasında yerləşən “AfkomPlaza” ticarət mərkəzlərində fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti