...

İspaniyanın “El Pais” qəzeti: Azərbaycanlı məcburi köçkünlər 30 ildən sonra evlərinə qayıdırlar (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2020 22:41 (UTC +04:00)
İspaniyanın “El Pais” qəzeti: Azərbaycanlı məcburi köçkünlər 30 ildən sonra evlərinə qayıdırlar (FOTO)

Bakı. Trend:

İspaniyanın aparıcı “El Pais” qəzetində “Azərbaycanlı məcburi köçkünlər 30 ildən sonra evlərinə qayıdırlar” adlı məqalə dərc edilib.

Trend xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1990-cı illərdə ermənilər tərəfindən qovulmuş milyona yaxın azərbaycanlı məcburi köçkünün işğaldan azad edilmiş öz əzəli torpaqlarına qayıtmağa hazırlaşdığı diqqətə çatdırılır.

Qəzetin Azərbaycana ezam olunmuş müxbiri Andres Morensa azərbaycanlı köçkünlərlə görüşüb, onların təəssüratlarını oxuculara çatdırıb. Onlar erməni işğalçıları tərəfindən evlərindən qovulduqları günləri unutmayacaqlarını bildirirlər. “Ermənilər bizim ərazilərimizin sahibi deyillər, “faşist” sözü erməniləri təsvir etmək üçün yumşaq sözdür”, - deyə azərbaycanlı köçkünlər qeyd edirlər.

Həmin köçkünlərdən biri altı, həftəlik müharibədə Azərbaycanın qələbəsindən sonra bu ölkənin nəzarəti altına keçən Laçın rayonundan olan 65 yaşlı müəllimə Sümayə İsayevadır. O, Laçında yaşadığı günlərdən danışır və tezliklə oraya geri qayıdacağına inandığını bildirir. Onun qohumu Asif isə hətta Laçını heç vaxt görməyən nəvələrinin də oraya qayıtmaq istədiklərini bildirir.

Andres Morensa yazır ki, münaqişə nəticəsində ermənilər Dağlıq Qarabağı və ona bitişik əraziləri işğal etmiş, bir milyon azərbaycanlını evlərindən qovmuşdular.

Məqalədə azad edilmiş ərazilər minalardan təmizləndikdən, döyüş əməliyyatlarından zərər çəkmiş bölgənin infrastrukturu bərpa edildikdən sonra azərbaycanlı köçkünlərin öz evlərinə qayıdacaqları qeyd edilir. Bildirilir ki, Avropa şirkətləri bölgənin yenidən qurulması ilə bağlı müqavilələrə diqqətlə yanaşırlar, xüsusən İtaliyanın “Ansaldo Energia” şirkəti artıq azad edilmiş ərazilərdə elektrik stansiyalarının bərpası üçün sifariş alıb. İşğaldan azad edilmiş bəzi ərazilərdə artıq işlər görülür, yol çəkilişlərinə başlanılıb.

Məqalədə işğaldan azad edilmiş əraziləri tərk edən ermənilərin dağıntılar törətdikləri, evləri yandırdıqları da diqqətə çatdırılır. 1993-cü ildən bəri ilk dəfə Ağdama qayıdan rayon sakini Məlahət Quliyevanın bununla bağlı fikirləri oxuculara təqdim edilir. O deyir: “Təsəvvür edin, uzun illərdən sonra şəhərinizə qayıdırsınız və hər şeyin dağıdıldığını görürsünüz”. O, doğma şəhərə qayıtmağın sevinc və burada gördükləri dağıntıların kədər hisslərini eyni anda yaşadıqlarını bildirir.

Müəllif qeyd edir ki, dağıntılar içində qalan Ağdam “Qafqazın Xirosiması” adlandırılır. Fərq odur ki, burada partlayış yox, talançılıq, vandalizm olub. Qəbiristanlıqlar dağıdılıb, qəbirlər təhqir edilib.

İspan qəzeti son yüz illər ərzində bu ərazilərdə nə qədər azərbaycanlının yaşamasına baxmayaraq, erməni millətçilərinin yaxınlıqda bir xaç və ya bir kilsə olduğu təqdirdə həmin yaşayış yerlərinin Ermənistana aid olduğunu iddia etdiklərini yazır. Azərbaycan isə bu kilsələrin, xaçların ermənilərə deyil, Qafqaz Albaniyasına aid olduğunu əsaslandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti