Bakı. Trend:
Televizorun əsas məqsədinin verilişləri izləmək üçün istifadə olunmasına baxmayaraq, müasir Smart TV-lər bu funksiyadan başqa bir çox vəzifəni yerinə yetirə bilirlər. Lakin televizor günümüzdə də hər bir evin mərkəz nöqtəsi olaraq qalır, belə ki, indi həyatımızın vacib bir hissəsinə çevrilən smartfonlarımızın istənilən məzmununu məhz burada seyr edə bilirik. Beləliklə, Samsung TV modellərində mövcud olan Mobile View funksiyası sayəsində istifadəçilər asanlıqla məzmun paylaşa, video izləyə, musiqi dinləyə və ya birbaşa Smart TV -də dostları ilə söhbət edə bilərlər. Samsung tərəfindən təqdim olunan Tap View, Multi View, Music Wall, My Album və Smart View kimi yeni funksiyalar sayəsində bütün bunları tək toxunuşla yerinə yetirmək mümkündür.
Beləliklə, Tap View və Multi View funksiyaları smartfon ekranınızı böyük televizor displeyində proyeksiya etməyə imkan yaradır. Lakin, əvvəllər bunun üçün bir çox mürəkkəb hərəkətin icra edilməsi tələb olunurdusa, indi sadəcə televizor ekranına smartfonunuzla toxunmaq kifayətdir. Belə ki, Tap View funksiyası, Wi-Fi-ya qoşulmadan məzmundan zövq almağa imkan yaradır. Tap Sound-dan istifadə edərək isə səsi televizorda quraşdırılmış dinamiklərə ötürə bilərsiniz. Yaxınlarınızla xoş əhval-ruhiyyə ilə bölüşmək istəyirsiniz? Bu halda, sevdiyiniz musiqi parçası ilə bölüşün, belə ki, smartfonunuza səs panelinə yüngülcə toxunaraq, zəngin həcmli səsdən zövq alın.
Çoxumuz, smartfonun Multi Window funksiyası sayəsində sevdiyimiz kontentdən zövq alaraq, eyni zamanda sosial şəbəkələrdə mesajlaşmağı adət etmişik. Samsung sizə eyni rahatlığı televizor miqyasında təqdim edir. Belə ki, indi Multi View rejiminin köməyi ilə sadəcə smartfonun məzmunu televizorda göstərməklə kifayətlənməyərək, həm də TV ekranını ikiyə bölüb, bütün kontent və proqram istifadəsini bir ekranda toplayın. Televizordan ayrılmadan sevdiyiniz filmlərə baxıb, onu dostlarınızla müzakirə edin.
Hələ də evdə keçirdiyiniz zamana necə rəng qatacağınızı düşünürsünüz? Sevdiyiniz musiqi və bənzərsiz audio vizualizasiya ilə özünüzə xoş istirahət bəxş edin! Belə ki, Samsung-un təqdim etdiyi “ağıllı” televizorlar sizi Music Wall adlanan başqa bir xüsusi funksiya ilə tanış edir. Smartfonda yerləşən musiqi parçasını televizorda oxudarkən, sözü gedən bu funksiya səslənən audionun səs tərkibini əks etdirən vizual spektr yaradır.
Yaxınları və dostları üçün darıxıb, bu il imtina etməli olduğumuz ümumi gəzinti və istirahətləri tez-tez yada salanlar üçün, My Album funksiyası fotoşəkillər vasitəsilə bütün xatirələri yeniləməyə kömək edəcəkdir. Belə ki, əvvəllər televizorda smartfonunuzdan fotoşəkilləri görmək üçün tətbiqlərdən və qoşulmalardan istifadə etmək məcburiyyətində qalırdıqsa, indi şəkilləri yükləmək və göstərmək daha sürətli və asandır. Bunu etmək üçün sadəcə, TV ekranında göstərmək istədiyiniz şəkilləri seçərək, "Paylaş" düyməsini basmaq və "Görüntüləri TV-də göstər" seçimini icra etmək tələb olunur.
Televizor vasitəsi ilə müxtəlif mobil məzmunu nümayiş etdirməyin bir başqa yolu da Smart View-dan istifadə etməkdir. Samsung mobil cihazları, Samsung TV-lərə və ya Chromecast cihazlarına simsiz qoşularaq, televizor ekranında foto, video, təqdimat və ya oyun izləməyə imkan yaradır. Belə ki, “Quick Settings” panelini açmaq üçün smartfonunuzun ekranının yuxarı hissəsindən iki dəfə aşağı çəkin. Sonra, qoşulmaq istədiyiniz cihazı seçmək üçün Smart View əlavəsini aktiv edərək, smartfonunuzun kontentindən televizoruzda istifadə edin.
Samsung QLED 8K haqqında əlavə məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.