...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük Azərbaycan şairinin ideyalarını milli proqramlara və layihələrə çevirib

Cəmiyyət Materials 6 Yanvar 2021 15:49 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük Azərbaycan şairinin ideyalarını milli proqramlara və layihələrə çevirib

Bakı. Tərcümə: Orxan Nəbiyev. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük Azərbaycan mütəfəkkiri və şairinin universal irsindən ruhlanaraq onun böyük ideyalarını milli proqramlara və layihələrə çevirə bildi. Mərkəz öz işini funksional və inklüziv cəmiyyətin yaradılması üçün xalqlar və mədəniyyətlər arasında dialoqun, anlaşmanın təmin olunmasına həsr edib.

Bunu Trend-ə İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmeleddin İhsanoğlu deyib.

Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərdiyi 8 il ərzində özünü bütün dünyanın üzləşdiyi qlobal problemlərin və çətin vəziyyətlərin həllində konsensusa və qarşılıqlı anlaşmaya nail olmaq üçün ən uğurlu beynəlxalq platformalardan biri kimi göstərib.

E.İhsanoğlu əlavə edib ki, tematik beynəlxalq konfranslar və seminarlar keçirməklə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bütün dünyada dözümlülük, dialoq və qarşılıqlı anlaşmanın öyrənilməsinə və inkişafına xidmət edir.

Xəbər lenti

Xəbər lenti