...

Şəhid və itkin düşən şəxslərin ailələrinə psixoloji yardım göstərilir - Nazirlik

Cəmiyyət Materials 12 Yanvar 2021 11:36 (UTC +04:00)
Şəhid və itkin düşən şəxslərin ailələrinə psixoloji yardım göstərilir - Nazirlik

Bakı. Samir Əli - Trend:

44 günlük müharibədən sonra psixoloji sarsıntı keçirən şəhid və itkin ailələrinə yardım göstərilir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib.

O bildirib ki, müharibə bitdikdən sonra çətin psixoloji vəziyyət şəhid ailələrinin itkini qəbul etməsidir: "Şəhid ailələrinin üzvlərində fəsadlaşmış hüzn reaksiyaları baş verir. Onlar hüznün şok və inkar, güclü emosiyalar, depressiya və itkinin qəbul edilməsi mərhələlərini yaşayırlar. Şəhid ailələrinin üzvlərində itkinin qayıtmayacağının dərk olunması çıxılmazlıq, emosional boşluq, kəskin tənhalıq hissləri doğurur. Onlarda eyni zamanda digər kəskin ifadə olunmuş affektiv reaksiyalar da müşahidə edilə bilər".

Mərkəz rəhbəri deyib ki, fəsadlaşmış hüzn reaksiyası yaşayan şəhid ailələrinə interpersonal psixoterapiya (İPT) yardımı göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti