Bakı. Trend:
Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq.
Trend xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O deyib ki, bu məsələdə Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək: “Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.