...

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?

Cəmiyyət Materials 22 Yanvar 2021 16:09 (UTC +04:00)
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?

Bakı. Elçin Mehdiyev - Trend:

Son günlər Azərbaycanda köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqramın həyata keçiriləcəyi bildirilir. Bu gün Bakıda nəqliyyat sahəsində ən mühüm problemlərdən biri də tıxacların olmasıdır. Köhnə avtomobillərin utilizasiyasının tıxac probleminin həllində hər hansı bir rolunun olub-olmayacağı maraq doğuran məsələlərdəndir.

Bu barədə Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, köhnə avtomobillərin utilizasiyasının tixacların aradan qaldırılmasına ciddi təsir göstərəcəyi gözlənilmir:

“Hesab etmirəm ki, Azərbaycanda inzibati qərarlarla avtomobilləşmənin qarşısını almaq, avtomobillərin sayını azaltmaq lazımdır. Əksinə, düşünürəm ki, yol infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və bunun nəticəsində tıxac probleminin aradan qaldırılması zərurəti var.

Utilizasiya tıxacların aradan qaldırılması deyil, daha çox ekoloji vəziyyətin düzəlməsi, ekoloji problemlərin aradan qaldırılması və avtomobil parkının yenilənməsi baxımıdan vacibdir. Eyni zamanda, qəza hallarında ölüm hallarının azalması baxımından əhəmiyyətlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti