...

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 27 Yanvar 2021 17:44 (UTC +04:00)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti